Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir | Banco.az

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan  Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan  Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının dəstəyi ilə ənənəvi “IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı tədbir öz işinə başlayıb.

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Forum altı Paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mözvularını əhatə edəcək.

Forum Noyabrın 7-də də davam edəcəkdir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et