Bakıda bank kreditlərinin həcmi artıb | Banco.az

Bakıda bank kreditlərinin həcmi artıb

2021-ci ildə bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 14,9% - 13 milyard 21,431 milyon manatadək artıb.

Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

2022-ci il yanvarın 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi respublika üzrə bankların bütün kredit qoyuluşlarının 78,2%-ni təşkil edir. Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 10,24%, respublika üzrə isə 11,83% dərəcəsi ilə verilir.

2022-ci il yanvarın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 8 milyard 800,115 milyon manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 4 milyard 221,316 milyon manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 12,89%-ə, xarici valyuta ilə 4,71%-ə bərabərdir.

1 yanvar tarixinə regionlarda banklar tərəfindən müştərilərə 3 milyard 637,674 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 28,7%) kredit verilib.

Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron-Xızı iqtisadi rayonunda 615,577 milyon min manat (orta faiz dərəcəsi illik 15,92%), Gəncə-Daşkəsən iqtisadi rayonunda 491,276 milyon manat (16,78%), Lənkəran-Astara iqtisadi rayonunda 348,46 milyon manat (19,15%), Mərkəzi Aran iqtisadi rayonunda 321,534 milyon manat (18,75%) həcmində kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.

İnterfaks-Azərbaycan

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et