İyunun 20-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya Biznes Forumu keçiriləcək.
Bu barədə AZPROMO-dan məlumat verilib.
Tədbirdə qida sənayesi, maliyyə, enerji, nəqliyyat, yüngül və ağır sənaye, ticarət, mühəndislik, səhiyyə və digər sektorları təmsil edən 70-ə yaxın Rusiya şirkəti iştirak edəcək.