Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər | Banco.az

Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər

2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 828 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,6%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.