Bakı və Tehran birgə bank yarada bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bakı və Tehran birgə bank yarada bilər

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.

"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.

Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.