Bakı-Tbilisi-Qars xəttinin sayəsində bir ilk - TARİXƏ DÜŞDÜ | Banco.az

Bakı-Tbilisi-Qars xəttinin sayəsində bir ilk - TARİXƏ DÜŞDÜ

Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan “China Railway Express” yük qatarının noyabrın 6-da təntənəli şəkildə qarşılanma və buradan Avropaya yola salınma mərasimi keçirilib. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır.

Çindən yola çıxıb Azərbaycan və Gürcüstandan da keçərək Türkiyəyə daxil olan qatar, Mərmərəni (Marmara) istifadə edərək Avropaya keçən ilk yük qatarı olub.

Çinin Sian şəhərindən yola çıxan "China Railway Express" (Çin Dəmiryolu Ekspressi), Ankarada rəsmilər tərəfindən yola salınmasının ardından Mərmərə xəttinə daxil olub. "Ayrılık Çeşmesi" dayanacağına gələn qatar "Üsküdar", "Sirkeci", "Yenikapı" və "Kazlıçeşme" dayanacaqlarını keçərək Zeytinburnuna çatıb.

Uzunluğu 820 metr olan 42 konteyner yüklü vaqonla hərəkət edən qatar, Avropaya çataraq tarixə düşüb.

Konteynerlərin Avropa qitəsinə keçişi 2 hissəli reallaşdırılıb. Konteyner yüklü 21 vaqonu Türkiyə Dövlət Dəmiryollarına aid bir lokomotiv, qalan qisimi də Çindən yola çıxan lokomotiv çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Çindən Avropaya kəsintisiz gedən ilk yük qatarı "China Railway Express", 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq, 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcək və son dayanacağı Praqaya çatacaq.

Yükün, Bakı-Tbilisi-Qars (BTQ) xəttinin və Mərmərənin istifadə edilərək orta koridor üzərindən daşınması, digər koridorlara görə zaman və enerji qənaəti təmin edəcək.

Türkiyə yolunda Ahılkelek, Kars, Erzurum, Erzincan, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir, Kocaeli və İstanbuldan keçən qatar, Kapıkule-dən (Edirnə) çıxış edərək, Bolqarıstan üzərindən yoluna davam edəcək.

Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 21 trilyon ABŞ dolları təşkil edir. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımada yeni mərhələnin əsasını qoyub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et