Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir.
Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
İstiqamət |
Tarif (manatla) |
|
ekonom |
biznes |
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) |
1,00 |
1,60 |
Bakı-Biləcəri (Biləcəri-Bakı) |
0,40 |
1,20 |
Bakı-Xırdalan (Xırdalan-Bakı) |
0,60 |
1,40 |
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) |
0,40 |
0,80 |
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) |
0,80 |
1,40 |
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) |
0,60 |
1,20 |
©Report