İyulun 31-də, saat 10:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mizrə Şərifzadə küçəsi. 315C ünvanında yerləşən mərkəzi ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Rəhimova, 6,9312%-i Behbud Nəcəfova məxsusdur.
Mənbə: Report.az