Bakı-Şərm əl-Şeyx çarter reyslərinin həyata keçirilməsinə başlanılır | Banco.az

Bakı-Şərm əl-Şeyx çarter reyslərinin həyata keçirilməsinə başlanılır

Martın 17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə çarter reyslərinin icrasına başlanılacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Bildirilib ki, uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.

Misirə çarter reysləri AZAL “PASHA Travel” turoperatoru ilə birgə təşkil edib.

Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.

Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et