Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? | Banco.az

Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq?

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

Onun sözlərinə görə, qatar istifadəyə tam hazırdır:

"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib.

“Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et