Bakı metrosunun stansiyalarında ictimai Wi-Fi bu il mümkündürmü? | Banco.az

Bakı metrosunun stansiyalarında ictimai Wi-Fi bu il mümkündürmü?

İctimai Wi-Fi mühütü Bakı metropolitenin keçid stansiyalarında ilkin olaraq pilot layihə kimi yaratmaq mümkündür. Bunun üçün Bakı metropolitenin rəhbərliyi və Bakı şəhər meriyası birgə iş aparmalı, texniki şərt hazırlamalıdırlar ki, sistem inteqratoru bu işə həyata keçirə bilsin. İctimai  Wi-Fi şəbəkəsini yaradılması həm də Bakı şəhərinin Smart City konsepsiyasına keçidinə bir stimul vermiş olardı. Eyni zamanda Bakı şəhəri dünyada şəhərlərin rəqəmli reytinqində xüsusilə data driven city-də yer almış olardı. Qeyd edim ki, dünyanın nəhəng şəhər və meqapolisləri bu reytinqdə ilk 5-liyə daxil olmaq üçün yarışırlar.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə bu gün ictimai Wi-Fi metropoliten üçün “must have” deməkdir. Dünyanın bir çox yeraltı nəqliyyatında bu kimi layihələr sərnişinlərin rahatlığı üçün həyata vəsiqə alır.

Pilot layihə əgər həyata keçirilərsə gələcəkdə Bakı metropoliteninin bütün stansiyalarında paytaxt sərnişinləri bu xidmətdən istifadə edərlər. Bunu zaman diktə edir. Biz yeraltı dünyanın sərnişinlərinə gözləmək qalır. İnanıram ki, texniki şərt işlənib hazırlanarsa pilot layihəni bu il həyata keçirmək mümkündür.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et