Bakı metrosunun iş rejimi iki saat uzadılacaq | Banco.az

Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Məlumata görə, QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

    Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq. Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

    APA

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et