Bakı metrosu sərnişin daşınmasını 5%-ə yaxın artırıb | Banco.az

Bakı metrosu sərnişin daşınmasını 5%-ə yaxın artırıb

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC 18 milyon sərnişin daşıyıb.

Banco.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Ən çox sərnişin yanvarın 10-da (710 min 773 nəfər), ən az sərnişin isə yanvarın 19-da (367 min 867 nəfər) daşınıb.