Bakı metrosu gələn il yeni qatarlar alacaq | Banco.az

Bakı metrosu gələn il yeni qatarlar alacaq

“Bakı Metropoliteni” QSC-i gələn il yeni qatarlar alacaq. 

Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, istismar müddətinə görə qatarların siyahısına baxıldıqdan sonra gələn il neçə qatarın alınması qərarlaşdırılacaq: “Gələn il üçün yeni qatarların alınması gözlənilir. Sadəcə olaraq hələ alınacaq qatarların sayı bəlli deyil".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et