Bakı metropolitenindən istifadə edənlərin sayı 5%-dək artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bakı metropolitenindən istifadə edənlərin sayı 5%-dək artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 130 103,4 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,7% çoxdur.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 124 311 min nəfər təşkil edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.