"Bakı Metropolitenində təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb" | Banco.az

"Bakı Metropolitenində təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb"

"Bakı metropoliteninin ən uzun eskalatoru "Xətai" stansiyasındadır".

Bunu “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzinin yeni binasının açılışında səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov deyib.

Z.Hüseynovun sözlərinə görə, həmin eskalatorların uzunluğu 100 metrə çatır, hündürlüyü isə 48 metrdir.

Metro rəisi həmçinin Bakı metropoliteninə təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb.

Xatırladaq ki, Bakı metropoliteninin "Xətai" stansiyası bu ilin sentyabrın 12-də istifadəyə verilib.

Qeyd edək ki, 2018-ci il sentyabr ayının 27-dən “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanıb. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Victoria Tube" tipli eskalatoru quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılan 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verir.

Report.az