Bakı məşhur 5 turist şəhərindən biri olub | Banco.az

Bakı məşhur 5 turist şəhərindən biri olub

Tripadvisor.com beynəlxalq səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər keçirdiyi sorğuda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi, artan turist maraqları əsasında hazırlanıb. 

Sözügedən saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru Yanis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib. O qeyd edib ki, bu siyahı səyahət sevərlərin seçiminə müsbət təsir göstərəcək: "Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahət sevərlərin 65%-i Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirib. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Eyni zamanda, saytın təqdim etdiyi ilk onluqda El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları yer alıb.

Qeyd edək ki, bu sayt artıq 5-ci ildir daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et