Bakı İrəvan və Tbilisidən geridə | Banco.az

Bakı İrəvan və Tbilisidən geridə

Azərbaycanın paytaxtı keçmiş SSRİ şəhərlərinin biznes imkanlarına görə tərtib edilən reytinqdə 10-cü yeri tutmuşdur. Amma maraqlıdır ki, Bakı haqqında deyilən bəzi faktlar onun 10-cu yerdə olması ilə heç uyğun gəlmir, Forbes.ru-ya görə, burada rüşvətsiz biznes qurmaq mümkün deyil.

Onda gərək ya bizi siyahıya salmazdılar, ya da daha yaxşı yerə layiq olmalı idik.

Xatırlatmaq istəyirik ki, siyahıda 10-cu olan Bakı qonşu ölkələrin paytaxtları olan İrəvan və Tbilisidən sonra gəlir.

Ümumiyyətlə isə ilk onluq belədir.

Minsk - Belarus, Tallin - Estoniya, Vilnüs - Litva, Almatı - Qazaxıstan, Astana - Qazaxıstan, Riqa  - Latviya, Kiyev - Ukrayna, İrəvan -Ermənistan, Tbilisi -Gürcüstan və Bakı Azərbaycan

Növbəti onluq: Xarkov - Ukrayna, Bişkek - Qırğızıstan, Odessa - Ukrayna, Donetsk - Ukrayna, Dnepropetrovsk - Ukrayna, Kişinyov - Moldova, Düşənbə -Tacikistan, Daşkənd -Özbəkistan,

Bakı Forbesin gözü ilə

Əhali: 2 100 000

Rusların sayı : 5,3%

Orta əmək haqqı: $754

Maraqlı rəqəm Azərbaycana verilən bütün kreditlərin 90%-i Bakının payına düşür

Ən sərfəli kredit üçün müraciət et

Maraqlı fakt: Bütün MDB ölkələri arasında ən aşağı cinayətkarlıq səviyyəsi məhz Bakıdadır. 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət hadisəsi qeydə alınıb.

Biznes: Rusiyalı biznesmenlərdən Bakıya ən çox investisiya edən milyarder Araz Ağalarovdur. Onun oğlu Emin Ağalarov isə ölkə prezidentinin qızı ilə evlidir. Məhz o, Olimpiya kəndini inşa etdirib – 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya oyunları keçiriləcək. Həmçinin bu sırada Abşeron yarımadasında beş ulduzlu istirahət mərkəzin və Sea Breezе  Premium-sinfə məxsus qəsəbəni də qeyd etmək olar.

Lakin prezident ailəsi ilə qohumluğu olmayan biznesmentlər üçün investisiya etmək daha çətindir.

Forbes tərəfindən sorğu edilmiş iş adamlarının əksəriyyəti bildirib ki, əlaqələr və rüşvət olmadan Azərbaycanda hətta kiçik biznes də inkişaf etdirmək mümkün deyil

Məqalə ilə daha ətraflı tanış olmaq üçün

Forbes.ru:http://www.forbes.ru/rating-photogallery/257849-luchshie-goroda-byvshego-sssr-dlya-biznesa-reiting-forbes/photo/11

     Könül Soltanova/ Banco.az