Eldar Faiq oğlu Abdullayev “Bakı Fond Birjası” QSC-də (BFB) əməliyyat və informasiya texnologiyaları üzrə direktor təyin edilib.
O, 4 fevral 1972-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinı fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında MBA proqramı üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də Qiymətli kağızlar Departamentinin direktoru vəzifəsində başlayıb. Müxtəlif komersiya banklarında İdarə Heyətinin üzvü vəzifəsində işləyib.
2017-ci ildən isə “Günay Bank” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.
Report.az