Bakı Fond Birjasının dövriyyəsi azalıb | Banco.az

Bakı Fond Birjasının dövriyyəsi azalıb

Ötən il ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 698 339 992,89 manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 32,61% azdır. 

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artaraq 836,2 mln. manata yüksəlib. Bunun 567,4 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 268,8 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan dövrdə pay bazarı 57,8% azalaraq 118,0 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,1 dəfə azalaraq 301,5 mln. manata enib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et