Bakı Fond Birjasının dövriyyəsi azalıb | Banco.az

Bakı Fond Birjasının dövriyyəsi azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 209,962 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,7% azdır.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 33,4 dəfə artaraq 685,1 mln. manata yüksəlib. Bunun 524,7 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 160,4 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşür.

Qeyd olunan dövrdə pay bazarı 57,4% azalaraq 117,7 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6 dəfə azalaraq 278,4 mln. manata enib.

Mənbə: Report.az