"Bakı Fond Birjası"nın dövriyyəsi 74% artıb | Banco.az

"Bakı Fond Birjası"nın dövriyyəsi 74% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu il yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 909 milyon 46 min manat təşkil edib.

Banco.az BFB-yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 74% çoxdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 49% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 150% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram