"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb | Banco.az

"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu il yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 929 milyon 432 min manat təşkil edib.

Banco.az BFB-yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.

Hesabat dövründə bağlanmış əqdlərin sayı isə 7 898 olub. Bu da illik müqayisədə 42,7% çoxdur.

İlk 7 ayda korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 899,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 6 milyard 874,046 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram