“Bakı Fond Birjası”nın dövriyyəsi 4% artıb | Banco.az

“Bakı Fond Birjası”nın dövriyyəsi 4% artıb

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 022,897 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 1,65% artaraq 3 338 olub.

Ən sərfəli kredit üçün müraciət et

BFB-nin dövriyyəsinin 85,1%-i və yaxud 8 531,92 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 0,15% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 26,2% artaraq 746,684 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 39,8% artaraq 744,294 milyon manat olub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et