Bakı Fond Birjasının dövriyyəsi 19% artıb | Banco.az

Bakı Fond Birjasının dövriyyəsi 19% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat təşkil edib.

Banco.az Birjaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. 

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 61% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım olub. 2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,900,144,490 manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə müşahidə edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram