Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

16 dekabr 2021-ci il tarixində "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

 

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram