Bakı Fond Birjasında Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

Bakı Fond Birjasında Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

28 iyun 2022-ci il tarixində Bank “BTB” ASC-nin istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et