“Bakı Fond Birjası”da qısamüddətli dövlət istiqrazları üzrə hərrac keçirilib | Banco.az

“Bakı Fond Birjası”da qısamüddətli dövlət istiqrazları üzrə hərrac keçirilib

Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101015516 ISIN kodlu, tədavül müddəti 91 gün olan 22,0 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, hərracda investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 5,3 mln. manat təşkil edib və bu tələb tam ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 96,4569 (gəlirlilik - 14,9378%) səviyyəsində müəyyən edilib.

Mənbə : report.az