Bakı Fond Birjası keçirilən əməliyyatların həcmini açıqladı | Banco.az

Bakı Fond Birjası keçirilən əməliyyatların həcmini açıqladı

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 378 milyon 810 min manat təşkil etmişdir.  Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 5 milyon 127 min manat  təşkil etmişdi.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 55%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə isə 83%, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 12 misli qədər böyümə qeydə alınmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram