Bakı Fond Birjası ilə Sığortaçılar arasında görüş keçirilib | Banco.az

Bakı Fond Birjası ilə Sığortaçılar arasında görüş keçirilib

25 may 2017-ci il tarixində Bakı Fond Birjasının təşəbbüsü və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəstəyi ilə ASA-nın ofisində Bakı Fond Birjası ilə Sığortaçılar arasında görüş təşkil olunmuşdur. Görüşdə ölkənin 20-ə yaxın aparıcı sığorta şirkətlərinin nümayəndələri, investisiya şirkətləri, sığorta və maliyyə sahəsi ilə əlaqəli olan digər şirkətlərin nümayəndələri iştirak etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

Görüş zamanı BFB-nin fəaliyyəti barəsində geniş təqdimat olunmuş, sığorta şirkətlərinin investor qismində kapital bazarlarında iştirakı və bu istiqamətdə yaranan suallar, investisiyaların və istiqrazların sığortalaması kimi mövzular ətrafında maraqlı müzakirələr aparılmış, bazar iştirakçılarının bu sahədə mövqeləri səslənmişdir.