Bakı əhalisi bu məhsullara daha çox pul xərcləyib | Banco.az

Bakı əhalisi bu məhsullara daha çox pul xərcləyib

2020-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1 milyard 697,8 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7 faiz artaraq 885,3 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et