Bakı dünyanın maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb | Banco.az

Bakı dünyanın maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb

Bakı şəhəri “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin hər 6 aydan bir açıqladığı dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində pillə irəliləyək 105-ci yeri tutub.

Azərbaycan paytaxtı, reytinqdə 22 pillə geriləyərək 110-cu pilləyə enmiş Sankt-Peterburq (Rusiya) və 13 pillə geriləyərək 109-cu yerdə qərarlaşmış Tehran (İran) şəhərlərini arxada qoyub.

Reytinqdə I pillədə hələ də ABŞ-ın Nyu-York şəhəridir. O, II pillədəki London şəhərini (Böyük Britaniya) 22 bənd qabaqlayır.

III pilləyə yüksəlmiş Honkonq Böyük Britaniyanın paytaxtından 24 bənd geri qalır. İlk onluğa həmçinin Sinqapur, San-Fransisko (ABŞ), Şanxay (Çin), Los-Anceles (ABŞ), Pekin (Çin), Tokio (Yaponiya) və Paris (Fransa) daxildir. Siyahıda 15 pillə irəliləmiş Moskva (Rusiya) reytinqdə 50-ci, Nur-Sultan (Qazaxıstan) 75-ci, Almatı  (Qazaxıstan) 83-cü yerlərdədir.

Son reytinq 12,86 mindən çox respondentin rəyi əsasında tərtib edilib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et