Müəllif - Aida İsaq, Banco.az
Məşhur alkoqol istehsalçısı "Moet Hennessy" bahalı şampan növlərinə məxsus ehtiyatların tükəndiyini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin baş direktoru Philippe Schaus bunu təlabatın çoxalması ilə əlaqələndirib. Beləliklə o, cari ildə bütün köpüklü şərab ehtiyatlarının satıldığını söyləyib. Philippe Schaus yeni ildə ehtiyatların artırılacağını da vurğulayıb.
Pandemiyanın ilk günlərində mövcud sektorda yaranan böhran əlamətləri hazırda bahalı məhsulların istehlak xərclərinin rekord səviyyəyə çatması ilə müşayiət olunur. Schaus bildirib ki, xammal xərclərinin artması şirkətin bəzi məhsulların qiymətlərini bahalaşdırmasına səbəb ola bilər.
Qeyd edək ki, hazırda yeni il bayramı öncəsi Rusiyada əvvəllər ölkəyə xaricdən gələn bəzi spirtli içki növlərində qıtlıq müşahidə olunur. “Ladoga” şirkətinin nümayəndəsi Dmitri İsaçenkov mağaza və restoranların köpüklü şərablara, fransız konyakına və şotland viskisinə tələbatın xeyli artdığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!