Bahalaşma gözlənilir? | Banco.az

Bahalaşma gözlənilir?

"Manatın ucuzlaşması istehlak bazarında bahalaşmaya səbəb olacaq".

Bunu öz açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, manatın ucuzlaşması idxalı bahalaşdırır. İqtisadçının fikrincə, hazırki vəziyyətdə Azərbaycana idxal olunan məhsulların qiymətində artımlar müşahidə olunacaq:

"Nəzərə alsaq ki, idxal olunan məhsullar dollarla ifadə olunur, bu zaman manatın ucuzlaşması həmin malların dəyərinin yüksəlməsinə gətirib çıxarır. Güman edirəm ki, xarici ölkə istehsalı olan malların qiyməti bahalaşacaq". 

Mütəxəssisin sözlərinə görə, manatın devalvasiyasının mənfi olduğu qədər müsbət tərəfləri də var: "Müsbət tərəf ondan ibarətdir ki, ölkədə ixracın stimullaşdırılmasına imkan yaranacaq. Manatla istehsal olunan mallar xarici ölkələrə dollar və avro ilə satıldığı üçün bu amil ölkədə ixracla bağlı sərfəli şərait yaradacaq", - deyə iqtisadçı-alim qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et