Bahalaşan neft manatı möhkəmləndirib, likvidlik problemi qalmaqdadır | Banco.az

Bahalaşan neft manatı möhkəmləndirib, likvidlik problemi qalmaqdadır

2017-ci ilin birinci rübündə Azərbaycanın milli valyutası neftin 1 barelinin 50-55 dollaradək bahalaşması hesabına möhkəmlənib. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) "Regional Economic Prospects" adlı hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, rüb ərzində illik inflyasiya 13,2%-dək sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın analitiklərinin proqnozlarına əsasən, sərt pul-kredit siyasəti, manatın likvidliyi ilə bağlı çətinliklər, bank sektorundakı konsolidasiya prosesi səbəbindən 2017-ci ildə kreditləşmə aşağı səviyyədə qalacaq. Bununla yanaşı, EBRD qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları (2016-cı ilin sonuna 37,1 mlrd. dollar) kifayət qədər yüksək səviyyədədir.

Mənbə: Apa.az