Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 879 əmanətçiyə 597 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
“Atabank”ın 9 615 əmanətçisi 234 milyon 035 min 543 manat, “Amrah Bank”ın 5 689 əmanətçisi 138 milyon 033 min 575 manat, “AGBank”ın 4 481 əmanətçisi 105 milyon 358 min 043 manat, “NBC Bank”ın isə 4 094 əmanətçisi 120 milyon 130 min 976 manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!