Bağlanmış iki banka qarşı tələbləri olanlara – MÜRACİƏT | Banco.az

Bağlanmış iki banka qarşı tələbləri olanlara – MÜRACİƏT

Əmanətlərin Sığortalanması Fondu lisenziyazı ləğv edilmiş “Parabank” ASC və “Dekabank” ASC-yə qarşı tələbləri qeydə almağa başlayıb. 

Fonddan verilən məlumata görə, banka  qarşı tələblər avqustun 27-dən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər: 

– kreditorun adı ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

Ən sərfəli kredit üçün müraciət et

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər. 

Xatırladaq ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.  1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə “Dekabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən “Dekabank”ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Mənbə : Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et