Bağlanmış 4 bankın əmanətçilərinə ödənişlər 500 milyon manata çatıb | Banco.az

Bağlanmış 4 bankın əmanətçilərinə ödənişlər 500 milyon manata çatıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 21,2 min qorunan əmanətçisinə 499,8 milyon manat kompensasiya ödəyib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 8,7 min əmanətçisi 197 milyon manat, “Amrah Bank”ın 5,4 min əmanətçisi 128,3 milyon manat, “AGBank”ın 3,5 min əmanətçisi 66,1 milyon manat, “NBC Bank”ın isə 3,6 min əmanətçisi 106,3 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et