Bağlanmaqdan xilas oldu | Banco.az

Bağlanmaqdan xilas oldu

Azərbaycanda kapital problemi olan daha bir bank Azərbaycan Mərkəzi Bankının tələblərini yerinə yetirib.

“Dekabank” məcmu kapitalını Mərkəzi Bankın tələbinə (50 milyon manat) uyğunlaşdırıb. Bankın İdarə Heyətinin sədri Adil Səfərov bildirib ki, kapital artımına səhm emissiyası hesabına nail olunub.

Belə ki, banka məxsus 47970 səhmin nominal dəyəri 500 manatdan 1100 manata qədər qədər artırılıb. Nəticədə bankın nizamnamə kapitalı 24 milyon manatdan 52,8 milyon manata qədər, məcmu kapitalı isə 30,8 milyon manatdan 59,6 milyon manat artıb: “Bakı Fond Birjasında (BFB) proses artıq yekunlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Vergilər Nazirliyində lazımi prosedurlar yerinə yetirilir”.

Qeyd edək ki, BFB hələ ki, “Dekabank”ın səhm emissiyasının nəticəsi barədə məlumat yaymayıb.

Fins.az