Bağlanmaq təhlükəsindən qurtuldu | Banco.az

Bağlanmaq təhlükəsindən qurtuldu

“Günaybank” Mərkəzi Bankın məcmu kapitalın 50 milyon manata çatdırılması ilə bağlı tələbini yerinə yetirib. 

Bu barədə Banco.az Bakı Fond Birjasına (BFB) istinadən məlumat verir.

Qeyd edək ki, “Günaybank” kapital problemini həll etmək məqsədi ilə 50 milyon manat civarında səhm emissiya edib. Səhm emissiyası çərçivəsində hər biri 4783 manat olan 10450 səhm satışa çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 4-dən 7-nə qədər bu səhmlərin 3240-ı (15 milyon 497 min manatlıq hissəsi), noyabrın 11-dən 14-nə qədər isə 3025-i (14 milyon 469 min manatlıq hissəsi) satılıb. Nəticədə bankın kapitalı 21 milyon manatdan 50,97 milyon manata qədər artıb.