Bağlanan bankların işçiləri üçün - MÜJDƏ - İşsiz qalmayacaqlar | Banco.az

Bağlanan bankların işçiləri üçün - MÜJDƏ - İşsiz qalmayacaqlar

Azərbaycanda fəaliyyəti dayandırılmış bankların əməkdaşları başqa banklarda işlə təmin olunacaqlar.

Artıq belə bankların əməkdaşlarının müraciət etməsi üçün onların CV-ləri toplanılır.

Bununla bağlı təşəbbüsün müəllifi lisenziyası ləğv edilmiş «Amrahbank»ın insan resurslarının idarə olunması və inkişafı şöbəsinin rəisi Ramin Bayramovdur. O, təkcə «Amrahbank»ın deyil, bağlanan bütün bankların işçilərinə dəstək göstərmək məqsədi ilə onların CV-ni vakansiya olan banklara yönləndirir: «Hazırda həm «Amrahbank», həm də «Atabank»ın əməkdaşlarının SV-lərini toplayırıq. Sabah başqa bank da bağlansa, hamısı üçün eyni addımı atacağıq. Bizim üçün bankın fərqi yoxdur, həmkarlıq prinsipi var».

Ramin Bayramov bildirib ki, özünün «International Consulting Company» təlim şirkəti vasitəsilə banklarla əməkdaşlıq edib: «Bu təlimlərdə bizim HR direktorlara və HR işçilərlə münasibətimiz qurulmuşdu. Şəxsi əlaqələrə istinad edərək onların hər birindən xahiş etmişəm ki, seçim qarşısında qaldıqları zaman cari vakansiyalarda bağlanan bankların əməkdaşlarına üstünlük versinlər. Biz bir mərkəz kimi, bağlanan bankların nə qədər işsiz əməkdaşı varsa, hamısının CV-ni yığıb mövcud banklara yönləndiririk. Bununla da ən azından işsizliyin qarşısını almış olarıq».

Ramin Bayramov bu işə şəxsi təşəbbüsümlə başladığını deyib: «Bütün bankları mənə doğmadır və dar gündə də bütün həmkarların yanında olmağı da özümə borc bilirəm. Hələlik bu təşəbbüsümə bir neçə bank reaksiya göstərib. Artıq müraciətlər göndərilib, hesab edirik ki, bankların sayının artma ehtimalları var. Hansı banklarda ki, cari vakansiyalar var, onlar bizim bu xahişi nəzərə alıb bu dəyərləndirmələri həyata keçirəcəklər».

Qeyd edək ki, hazırda bağlanan bankların əməkdaşlarının CV-lərini dəyərləndirməyə razılıq verən banklar - «Expressbank», «Rabitəbank», «Azərbaycan Beynəlxalq Bankı», «Kapitalbank», «Ziraatbank», «Yapi Kredi Bank», «VTB bank», «Unibank», «Azər-Türk Bank» və «Brand Credit» BOKT-dur. «Siyahının bundan sonra da genişlənməsi gözlənilir. Həmin bankın HR əməkdaşları bağlanmış bankların əməkdaşlarının CV-lərini dəyərləndirməyə hazır olduqlarını deyiblər».

Ən sərfəli kredit üçün müraciət et

R.Bayramov bildirir ki, bankların HR rəhbərləri ilə əldə edilən razılaşmaya görə, əgər eyni səviyyəli iki işçi arasında seçim etdikdə bağlanmış bankların əməkdaşlarına üstünlük versinlər: «Banklarin HR rəhbərləri ilə və əməkdaşları ilə danışığımız və xahişimiz odur ki, eyni səviyyəli iki işçi arasında seçim etdikdə bağlanmış bankların əməkdaşlarına üstünlük verəcəklər. Eyni zamanda bağlanmış bankların CV bazasını toplayıb veririk ki, mövcud vakansiyalar üzrə dəyərləndirsinlər».

Təqribi hesablamalara görə, bağlanan 2 bankda bir neçə yüz əməkdaş çalışırdı və indi onlar işlə təmin olunmaq üçün vakansiya axtarırlar. R.Bayramov bildirir ki, həmin şəxslərin işlə təmin olunması banklarda olan cari vakansiyasından asılıdır: «Yəni ehtiyac olduqca, bu əməkdaşlar işə dəvət ediləcəklər. Lisenziyası ləğv olunmuş «Amrahbank» və «Ata Bank»da minimum 600-700 əməkdaş var. İndiki məqamda mövcud vakansiyalar dəyərləndirilsə, 70-100 arası işsiz bank əməkdaşına kömək edə bilsək, çox böyük iş görmüş ola bilərik. Amma istisna deyil ki, vakansiyalar artdıqca bu davam edəcək».

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et