Bağlanan bankın əmanətlərinin həcmi açıqlandı | Banco.az

Bağlanan bankın əmanətlərinin həcmi açıqlandı

Ləğvetmə prosesində olan “United Credit Bank” ASC-də fiziki şəxslərə məxsus ümumilikdə 3,635 mln. manat əmanət olub.

Bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bunun 3,315 mln. manatı qorunan əmanətlər, 2,132 mln. manatı kompensasiya olunan əmanətlərdir. Bu məbləğ 472 əmanətçiyə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti,16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et