Bağlanan bankın əmanətçiləri DİQQƏT! | Banco.az

Bağlanan bankın əmanətçiləri DİQQƏT!

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvetmə prosesində olan “United Credit Bank” ASC-in qurunan əmanətçilərinə kompensasiya ödəməyə aprelin 19-da başlayacaq.

Bu barədə Fonda istinadən xəbər verir.

Məlumatda deyilir ki, bununla bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Bankda sığorta hadisəsinin baş verdiyi gün 2 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq. Əmanətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti, 16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et