Lisenziyası ləğv edilmiş “Parabank” “PARA” bank olmayan kredit təşkilatına (BOKT) çevrilir.
Qanuni təmsilçisi Vəli Quliyev olan BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır.
Qeyd edək ki, “PARA” BOKT lisenziya almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.
“Biz onlara bank olmayan kredit təşkilatı lisenziyası verilməsinə Direktorlar Şurasının növbəti iclasında baxacağıq”,- Palatanın sədri Rüfət Aslanlı jurnalistlərə bildirmişdi.
Palatanın sədri qeyd etmişdi ki, lisenziyanın bankın 11 filialına da verilməsi nəzərdə tutulur.
©Marja