Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə verilən kompensasiyaların həcmini açıqlayıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, 20 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 821 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 mln. 980 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 721 min manatdan artıq kompensasiya verilib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. İki bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya verilib. Üç bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 261 mln. 624 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 527 mln. 259 min manatdan artıq kompensasiya ödənilib.
Mənbə: APA.az