Bağlanan 10 bankın əmanətçilərinə 407 mln. manat kompensasiya ödənilib | Banco.az

Bağlanan 10 bankın əmanətçilərinə 407 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 mln. 974 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 17 mln. 979 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 623 min manatdan artıq kompensasiya verilib.

Həmin dövrdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 13 mln. 902 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 748 min manatdan artıq kompensasiya ödənişi edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən gün "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya verilib.

17 oktyabr 2016-cı il tarixdə "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 141 mln. 430 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 406 mln. 839 min manatdan artıq kompensasiya ödənilib.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et