Berkshire Hathaway rəhbəri olan Uorren Baffet, bitcoin – kripto məhsulunun qeyri-peşəkarlar üçün bir tələ olduğunu qeyd edir. O çıxışı zamanı blokçeyn texnologiyasının mühüm olduğunu və əslinə baxılarsa texno inkişafın kriptovalyutadan asılı olmadığını qeyd edib. Milyarder kriptovalyutanı - satışı aktivləşdirəcək saxta addımlar ilə müqayisə edərək bunun yalnış və gəlirsiz olduğunu bildirib.
Həmçinin oxu: 2019-cu ilin ən yaxşı 5 kriptovalyuta birjası
Az sonra məşhur səhmdar Uorren Baffetin tənqidlərinə layiqincə cavab Morgan Creek Digital Assets şirkət rəhbəri Entoni Pomplianodan gəlib. O səs-küylü səhmdar Baffetin kripto məhsullar haqqında çıxışları ilə bu bazara vurduğu zərərdən söz açıb. Pomplioni bildirib ki, Baffet bələd olmadığı kriprovalyuta haqqında mənfi rəyli çıxışları əsassızdır.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Уоррен Баффет: Bitcoin используют только шарлатаны
Günel Gözəlova, Banco.az