“Omaxadan olan Orakul” zaman ötdükcə bütün sərvətini xeyriyyəçiliyə bağışlamaq niyyətindədir. Forbesin hesablamalarına görə, sərvətin iyulun 10-una olan dəyəri $76,3 milyard dollar təşkil edir.
Uorren Baffet, zamanın və bəşər tarixinin ən dahi investorlarından biri, 12-ci dəfə illik yay pul bağışlanmasını həyata keçirib, ona aid dəyəri $3,17 milyard dollar həcmində olan Berkshire Hathaway səhmlərini xeyriyyə fonduna bağışlayıb. Bu haqda Banco.az Forbes-ə istinadən məlumat verir.
İanənin həcmi biznesmen üçün rekord miqdarda olub - ötən ilki bəxşiş $2,86 milyard həcmində idi. Məbləğin artımının səbəbi – kompaniyanın səhmlərinin dəyərinin il ərzində, keçən ilin iyulundan bəri 17% artması ilə bağlıdır. Banco.az məlumat verir ki, səhm paketinin həcmi eyni qalsa da, səhmlərin qiyməti $170,25 dollara yüksəlib. Bağışlanan səhm paketi 18,62 mln B klassından olan səhmdən ibarətdir.
Vəsaitlərin böyük qismi Bill və Melinda Gates tərəfindən təsis olunmuş fonda verilib. Təşkilatın əsas məqsədi bütün dünya üzrə yoxulluq ilə mübarizə, ABŞ-da təhsil keyfiyyətinin yaxşılaşdırılması və HİV, poliomelit və malariya kimi yolxucu xəstəliklərə qarşı mübarizədir.