AzTV-nin rəhbərinin 7200 manat ödənməmiş cəriməsi var | Banco.az

AzTV-nin rəhbərinin 7200 manat ödənməmiş cəriməsi var

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.

“Report”un məlumatına görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, A.Alışanova məxsus 99-AA-100 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

Ən sərfəli krediti almaq üçün müraciət et