“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub | Banco.az

“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub

Anar Talıbov İdarə heyətinin sədri vəzifəsini tərk edib.

“AZSIĞORTA” ASC-nin rəhbərliyində dəyişiklik baş verib. 

Şirkətdən daxil olmuş məlumatda bildirilir ki, şirkətin İdarə heyətinin sədri Anar Talıbovun, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüldükdən sonra “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının üzvü olması planlaşdırılır.

Anar Talıbov əmək fəaliyyətinə 2003-cü ildə “MBASK” ASC sığorta şirkətində Satış üzrə baş nümayəndə vəzifəsində başlayıb, bu vəzifədə 2006-cı ilə qədər çalışıb.

2006-cı ildən “SUCSSESFUL STRATEGIES” şirkətində İcraçı direktor, 2007-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC-də Satış və Marketinq Departamentinin müdir müavini, 2010-cu ildə "AZSIĞORTA" ASC-də Satış və Müştəri Xidmətləri Departamentinin müdiri, 2011-ci ildə "AZSIĞORTA" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

Ən sərfəli kredit üçün müraciət et

2012-ci ildən etibarən “AZSIĞORTA” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib.

Bu gündən etibarən İdarə heyətinin sədri səlahiyyətlərini “AZSIĞORTA” şirkətinin İdarə heyətinin sədrinin müavini Yusif Soltanov icra edəcək.

Qeyd edək ki, şirkət Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

"AZSIĞORTA"  Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et